Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 2024-cü ildə ilk səyyar görüşünü Ağaməmmədli kənd sakinləri ilə keçirib

09 yanvar 2024 | 18:25

      Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən 2024-cü ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulan ilk səyyar görüşü rayonun Ağaməmmədli kənd sakinləri ilə baş tutub. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər. Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq keçirilən səyyar görüşlərin əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Sonra sakinlərin müraciətləri dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Görüşdə iştirak edənlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildiriblər.

Keçidlər