Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 13.03.2024-cü il tarixində Ağaməmmədli kəndində şəhid atasının yas mərasimində iştirak edib

13 mart 2024 | 18:20

  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev martın 13-də rayonun Ağaməmmədli kəndindən olan şəhid Natiq Quliyevin atası Əşrəf Quliyevin yas mərasimində iştirak edib. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid atasının vəfatından kədərləndiyini bildirərək Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Dövlətin diqqət və qayğısını hər zaman yaxından hiss etdiyini vurğulayan şəhidimizin ailə üzvləri öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər