İcra başçısı 10.10.2025-ci il tarixində Nurulu kəndində şəhid atasının yas mərasimində iştirak edib
10 oktyabr 2025 | 13:08
Oktyabrın 10-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Nurulu kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Akif Bayramovun atası Yerevan Bayramovun yas mərasimində iştirak edib. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid atasının vəfatından kədərləndiyini bildirərək Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Dövlətin diqqət və qayğısını hər zaman yaxından hiss etdiyini vurğulayan şəhidimizin ailə üzvləri öz minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






