Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 08.09.2026-cı il tarixində yas mərasimində iştirak edib

08 sentyabr 2026 | 19:16
    Sentyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Quliyev Əli Tədbir oğlunun uzun müddət xəstəlikdən əziyyət çəkən övladı Mürsəl Quliyevin yas mərasimində iştirak edib.
   Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov, şəhid ailələri, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
    Mərasim zamanı icra başçısı, İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından yas sahiblərinə dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.
     Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər