Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 05.03.2024-cü il tarixində Muradxanlı kəndində şəhid atasının yas mərasimində iştirak edib

05 mart 2024 | 19:13

   Ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğının göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini gündəlik fəaliyyət istiqaməti olaraq həyata keçirən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu gün rayonun Muradxanlı kəndində şəhid Əbülfəz İmanovun atası Tərlan İmanovun yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Bildirib ki, şəhid ailələrinə, qazilərimizə və onların ailələrinə göstərilən qayğı bundan sonra da davam etdiriləcəkdir. Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər