İcra başçısı 02.08.2026-cil il tarixində yas mərasimlərində iştirak edib
02 avqust 2026 | 15:34
Avqustun 2-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Quliyev Əli Tədbir oğlunun uzun müddət xəstəlikdən əziyyət çəkən övladı Mürsəl Quliyevin və şəhid Mehdiyev Əhliman Rəhman oğlunun əmisi Telman Mehdiyevin yas mərasimlərində iştirak edib.
Mərasimlərdə Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
Mərasim zamanı icra başçısı, İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından yas sahiblərinə dərin hüznlə başsağlığı verib, şəhid ailələrinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






