Şriftin ölçüsü :

Saytın rəngi :

Həzi Aslanov küçəsinin piyada səkilərinin bir hissəsində yenidənqurma işləri başa çatdırılıb

09 yanvar 2025 | 17:54
    İmişli rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə yanaşı əhalinin rahat gediş-gəlişi məqsədilə səkilərdə də yenidənqurma işləri aparılır. Bir müddət öncə İmişli şəhərinin A.Ələsgər küçəsinin səkilərində aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra bu qəbildən olan işlər H.Aslanov küçəsində davam etdirilib. Artıq H.Aslanov küçəsinin də bir hissəsində işlər yekunlaşdırılıb. Belə ki, sözügedən hissəyə piyadaların sərbəst hərəkəti üçün yeni səki daşları və müasir döşəmə plitələri qoyulub, həmçinin layihə üzrə normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib.
     Qeyd edək ki, yenidənqurma işləri hal-hazırda İmişli şəhərinin Həzi Aslanov küçəsinin digər hissəsində davam etdirilir və bu işlər, şəhər ərazisinin daha da müasirləşdirilməsi və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.
Keçidlər