Şriftin ölçüsü :

Saytın rəngi :

Həzi Aslanov küçəsinin piyada səkilərində aparılan yenidənqurma işləri başa çatdırılıb

03 mart 2025 | 16:51
  İmişli şəhərinin kompakt yaşayış massivində, eləcə də çoxlu sayda ticarət, və xidmət obyektlərinin fəaliyyət göstərdiyi H.Aslanov küçəsinin piyada səkilərində aparılan yenidənqurma işləri tam başa çatdırılıb. Belə ki, sözügedən küçədə piyadaların sərbəst hərəkəti üçün yeni səki daşları və müasir döşəmə plitələri qoyulub, həmçinin layihə üzrə normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib. Həzi Aslanov küçəsindəki piyada səkiləri həm estetik, həm də funksional baxımdan müasirləşdirilib. Bu yenidənqurma işləri, həmçinin küçə boyunca yerləşən ticarət və xidmət obyektlərinə gediş-gəlişi asanlaşdıraraq, sakinlər və ətrafdakıların rahatlığını təmin edib.
   Qeyd edək ki, görülən işlər şəhər ərazisinin daha da müasirləşdirilməsi və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.
Keçidlər