Həzi Aslanov küçəsindəki abadlıq-quruculuq işləri davam etdirilir
21 yanvar 2025 | 12:26
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində İmişli rayonu ərazisində yol infrastrukturunun yenilənməsi prosesi davam etdirilir. Belə ki, İmişli şəhərinin H.Aslanov küçəsinin avtomobil yollarında yolayrıcı zolağın inşası tam başa çatdırılıb. Layihə üzrə görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılıb və hərəkət zolaqlarının ölçüləri normativ qaydaların tələblərinə uyğun saxlanılıb.
Bundan əlavə, ayrıc zolağında müasir işıqlandırma sistemi quraşdırılıb. Bu, yolun təhlükəsizliyini artırmaqla yanaşı, həm də şəhərin daha estetik və müasir bir görkəm almasına şərait yaradıb. İşıqlandırma sisteminin qurulması, gecə vaxtı da nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edəcək və piyadaların da rahat şəkildə hərəkət etmələrinə imkan yaradacaq.