Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi

17 sentyabr 2024 | 19:37
       İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəb üçün inşa olunan 624 şagird yerlik bina istifadəyə verilib. Yeni məktəb binasında şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən şərait yaradılıb.
    Yeni məktəb binasının açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, şəhid ailələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
     Çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən danışılıb. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə edilib.
     Üçmərtəbəli 4 korpusdan ibarət məktəb binası zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər