Şriftin ölçüsü :

Saytın rəngi :

Hacırüstəmli kəndində şəhid anasının yas mərasimində iştirak edilib

28 aprel 2025 | 17:35
    Aprelin 28-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsi şəhidi Paşayev Salman Zalı oğlunun anası Gülara Quliyevanın yas mərasimində iştirak edib. Rayonun Hacırüstəmli kəndində keçirilən mərasimdə rayon rəhbəri ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elsevər Nağıyev, icra aparatının məsul işçiləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər