Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 12-də vətəndaşlarla növbəti səyyar görüş keçirilib

12 sentyabr 2023 | 19:29

  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulu rayonun Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin sakinlər iştirak ediblər.  
  “Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləməkdir. Onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir” - deyən icra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. O, həmçinin bu günə kimi şəhər, qəsəbə və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

Keçidlər