Şriftin ölçüsü :

Saytın rəngi :

Göhərli kəndində 25.06.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

25 iyun 2024 | 18:57
  Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təqvim planına uyğun olaraq bu gün növbəti səyyar qəbul-görüşünü rayonun Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Qəbul zamanı çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. O, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Keçidlər