Göbəktala kəndində vətəndaşlarla səyyar görüş keçirilib
İyunun 6-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Göbəktala və Şahverdili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər. Qəbul zamanı çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq rayon ərazisində hər həftə səyyar-qəbulların keçirildiyini bildirib və qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə bağlı olduğunu qeyd edib. Həmçinin rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib, irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi istiqamətində aidiyyəti təşkilatlara tapşırıq və göstərişlər verilib.