Şriftin ölçüsü :

Saytın rəngi :

Göbəktala kəndində 13.05.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

13 may 2025 | 17:49
   Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən Göbəktala və Şahverdili kəndlərinin sakinləri ilə səyyar qəbul-görüş keçirilib. Görüş Göbəktala kənd tam orta məktəbində təşkil olunub. Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər.
   İcra başçısı çıxışında sakinləri salamlayaraq bildirib ki, rayonda mütəmadi olaraq keçirilən səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaşların mövcud problemlərinin yerində dinlənilməsi, onların operativ şəkildə araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsidir. O, eyni zamanda rayon ərazisində əhalinin sosial rifahının və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Görüş zamanı kənd sakinləri tərəfindən qaldırılan müxtəlif məsələlər, təklif və müraciətlər diqqətlə dinlənilib. Bəzi problemlər yerindəcə həll edilib, digərlərinin araşdırılması və icrası üçün aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər verilib.
Keçidlər