Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri Fərid Qayıbov İmişlidə vətəndaş qəbulu keçirib

07 may 2026 | 17:51
      Mayın 7-də gənclər və idman naziri Fərid Qayıbov İmişli şəhərində Saatlı, Sabirabad və İmişli rayon sakinlərini qəbul edib. Qəbuldan öncə nazir Fərid Qayıbov İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevlə birlikdə İmişli şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
     İmişli Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
     Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Keçidlər