Fiziki aktivliyin artırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir
İmişlidə “Gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti belə tədbirlər RMX PHŞ-nin həkimləri və Mil-Muğan Regional Gənclər və İdman idarəsinin İmişli rayonu üzrə sektorunun əməkdaşları tərəfindən rayonun ümumtəhsil məktəblərində şagirdlər və onların müəllimləri ilə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verilməsi üçün görüşlər keçirilib. Mütəxəssislər tərəfindən fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyi vurğulanıb, passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs edilib. Görüşlər zamanı fiziki aktivlikdə həvəsləndirmə məqsədi ilə məktəblərin idman zallarında yerindəcə tədbirlər keçirilib, məktəbliləri və digər iştirakçıları maraqlandıran suallar müzakirə olunub.