Şriftin ölçüsü :

Saytın rəngi :

Ə.Vahid küçəsinin avtomobil yollarında aparılan əsaslı təmir işləri yekunlaşıb

26 sentyabr 2023 | 20:13
  İmişli şəhərinin Ə.Vahid küçəsinin avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb. Sözügedən avtomobil yolları uzun müddət təmir olunmadığından avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaranırdı. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılıb və sakinlərin bu yolla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılıb. Belə ki, avtomobil yollarına qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılıb, sonra yollara yeni asfalt-beton örtük döşənib. Görülən işlər ərazidə yaşayan sakinlərin sevincinə səbəb olub və nəticə etibarı ilə şəhər mərkəzi istiqamətində nəqliyyat vasitələrinin hərəkət sıxlığının azalmasına müsbət təsir göstərib.
  Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.
 
(Ə.Vahid küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
 
 
 
 
 
 
Keçidlər