Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərimiz Miran Ələkbərli son mənzilə yola salındı

15 dekabr 2022 | 12:54
  Bu gün DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu İmişli rayonunun Aranlı kəndindən olan əsgər Ələkbərli Miran Qamət oğlu ilə vida mərasimi keçirilib. Mərasimdə əsgərimizin doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, xidmət keçdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak ediblər. Əsgərimizin cənazəsi doğulduğu Aranlı kənd qəbristanlığında yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər qoyulub. Tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib, ruhuna dualar oxunub.
   Allah rəhmət eləsin!
Keçidlər