Ərzuman Qurbanov küçəsinin avtomobil yollarında aparılan yenidənqurma işləri başa çatdırılıb
11 yanvar 2025 | 11:07
İmişli rayonu ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işlər davam etdirilir. Belə ki, görülən işlər çərçivəsində növbəti asfaltlaşma işləri İmişli şəhərinin Ərzuman Qurbanov küçəsində aparılıb. Həmin yolda əvvəlcə torpaq və çınqıl örtüklü yeni yol yatağı salınıb, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtük çəkilib. Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb. Küçəyə yeni asfalt örtüyünün çəkilməsi ilə, həm sakinlərin rahatlığı təmin edilib, həm də yolun təhlükəsizliyi artırılıb.
Qeyd edək ki, bu cür layihələrin həyata keçirilməsi, rayonun sosial-iqtisadi inkişafına, həyat keyfiyyətinin yüksəlməsinə və əhalinin rifahının artırılmasına yönəlmiş mühüm addımlardır. Həmçinin, belə yenidənqurma işləri, əhalinin gündəlik həyatı üçün vacib olan infrastrukturu yaxşılaşdırır, iqtisadiyyatın inkişafına müsbət təsir göstərir.