Şriftin ölçüsü :

Saytın rəngi :

Əlyetməzli kəndində 14.05.2024-cü il tarixdə səyyar görüş baş tutub

14 may 2024 | 17:50
  Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq mayın 14-də rayonun Məmmədli və Əlyetməzli kənd sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
  Qəbul zamanı çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq rayon ərazisində hər həftə səyyar-qəbulların keçirildiyini bildirib və qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə əlaqədar olduğunu qeyd edib. Eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə bağlı görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra qəbulda səmimi söhbət aparılaraq sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.
Keçidlər