Şriftin ölçüsü :

Saytın rəngi :

Əliqulular kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

22 dekabr 2022 | 17:29
  Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə İmişli Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayev şəhər, qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar görüşlər keçirir. İcra başçısının dekabr ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Əliqulular kəndində baş tutub. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
  Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Çıxış edən irca başçısı prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün siyasi qərarları nəticəsində Qafqazda, o cümlədən dünya ölkələri arasında Azərbaycanın xüsusi yeri olduğunu vurğulayıb. Ölkə rəhbərinin müdrik siyasəti ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini qeyd edib. Sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və həlli üçün müvafiq göstərişlər verilib. Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər