Əliqulular kəndində 23.04.2024-cü il tarixdə səyyar görüş baş tutub
23 aprel 2024 | 18:41
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev aprelin 23-də rayonun hüquq-mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Əliqulular kənd sakinləri ilə səyyar görüş keçirib, onların müraciətlərini dinləyib.
Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək səyyar qəbul-görüşlərin keçirilməsinin mütəmadi hal aldığını qeyd edib. Eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. Sakinləri diqqətlə dinləyən icra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.