Şriftin ölçüsü :

Saytın rəngi :

Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilən sənədlər barədə məlumat

15 oktyabr 2025 | 16:10

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq bildiririk ki, İmişli Rayon İcra Hakimiyyəti və tabeliyində olan inzibati orqanlar tərəfindən göstərilən xidmətlər zamanı Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edilməsi mümkün olan sənədlər və məlumatlar vətəndaşlardan tələb edilmir.

İnzibati orqanlar aşağıda göstərilən sənədləri və məlumatları birbaşa dövlət informasiya sistemlərindən əldə edir:

📄 EHİS vasitəsilə əldə edilən sənədlərin SİYAHISI

№ Sənədin / Məlumatın adı Məlumatın mənbəyi
1 Şəxsiyyət vəsiqəsinə dair məlumatlar - Daxili İşlər Nazirliyi
2 Yaşayış yeri və qeydiyyat məlumatları -Daxili İşlər Nazirliyi
3 Ailə tərkibi haqqında məlumatlar Əhalinin -Dövlət Reyestri
4 Doğum, ölüm, nikah və boşanma haqqında məlumatlar -Ədliyyə Nazirliyi
5 Daşınmaz əmlaka dair məlumatlar -Əmlak Məsələləri Dövlət Xidməti
6 Torpaq sahələri barədə məlumatlar -Əmlak Məsələləri Dövlət Xidməti
7 Vergi uçotu və VÖEN məlumatları -Dövlət Vergi Xidməti
8 Sosial sığorta və əmək stajı məlumatları- Dövlət Sosial Müdafiə Fondu
9 Təhsil haqqında məlumatlar -Elm və Təhsil Nazirliyi
10 Digər dövlət informasiya sistemlərində mövcud olan məlumatlar -Müvafiq qurumlar

Bu mexanizmin tətbiqi vətəndaşlara əlavə sənəd toplamaq zərurətini aradan qaldırır, xidmətlərin daha şəffaf, operativ və rahat göstərilməsini təmin edir.

Məlumatlar mütəmadi olaraq yenilənir.

Keçidlər