Şriftin ölçüsü :

Saytın rəngi :

Elçin Rzayev dünyasını dəyişən əsgərimizin ailəsini ziyarət edib

21 dekabr 2022 | 17:51

    Dekabrın 21-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bir neçə gün öncə dünyasını dəyişən əsgər Ələkbərli Miran Qamət oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı icra başçısı ilə yanaşı millət vəkili Razi Nurullayev, RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar tərəfindən Miran Ələkbərlinin doğmalarına başsağlığı verilib, əsgərimizin ruhuna dualar oxunulub və əziz xatirəsi ehtiramla yad edilib. Miranın ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər