Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 3-də Mirili kəndində sakinlərlə səyyar görüş keçirilib

03 dekabr 2024 | 17:56
   Əhalinin problemlərinin yerində həlli məqsədilə növbəti səyyar qəbul-görüş təsdiq olunmuş qrafikə uyğun olaraq dekabrın 3-də rayonun Qaravəlili və Mirili kənd sakinləri ilə keçirilib. Mirili kənd tam orta məktəbində baş tutan qəbulda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin sakinlər iştirak ediblər.
  Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq İmişli rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. İcra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Keçidlər