Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir çoxmənzilli yaşayış binasının dam örtüyü yenilənib

05 fevral 2025 | 10:18

    Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi, İmişlidə də bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Belə ki, İmişli şəhərinin T.İsmayılov küçəsində yerləşən 10A nömrəli çoxmənzilli yaşayış binasında, inşa olunduğu vaxtdan dam örtüklərində təmir-bərpa işləri aparılmadığından mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Mövcud vəziyyət nəzərə alınaraq həmin binanın dam örtüklərində müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işləri aparılıb. Görülən işlər binanın dam örtüyünün funksional vəziyyətini yaxşılaşdırmaqla yanaşı, sakinlər üçün daha təhlükəsiz və rahat şərait yaradıb.
     Qeyd edək ki, yenidənqurma işləri şəhərin infrastrukturunun müasirləşdirilməsi və sakinlərin həyat şəraitinin yüksəldilməsi məqsədini daşıyır.

Keçidlər