Cəfərli kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib
25 oktyabr 2022 | 19:10
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Cəfərli kəndində sakinlərlə səyyar görüş-qəbul keçirilib.
Öncə canlarını ölkəmizin ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı çıxış edərək son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb, sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı imzalanmış sərəncamlar barədə geniş məlumatlar verib. Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerində həll olunub, bəzilərinin isə qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Görüşün sonunda icra başçısı səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib.