Cəfərli kəndində 15.02.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
Fevralın 15-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən təsdiq olunmuş qrafikə əsasən rayonun Cəfərli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilib. Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək kənd sakinlərini salamlayıb, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söz açıb. Sonra rayon rəhbəri sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş edib. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər istiqamətində isə aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.