Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərli kəndində 06.10.2026-cı il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

06 oktyabr 2026 | 21:05
   Oktyabrın 6-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Cəfərli kəndində sakinlərlə səyyar qəbul keçirib. Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb, sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı imzalanmış sərəncamlardan söz açıb. Eyni zamanda 2 oktyabr 2026-cı il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının tarixi əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Qurultayda Prezident cənab İlham Əliyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatına, regional və beynəlxalq proseslərə dair mühüm məsələlərə toxunaraq dünyaya əhəmiyyətli mesajlar vermişdir. Həmçinin, İmişli rayonunda aparılan yenidənqurma işləri ilə bağlı sakinlərə ətraflı məlumat verib.
   Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlər həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb və aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər