Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərli kəndində 03.02.2026-cı il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

03 fevral 2026 | 18:59

   Fevralın 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Cəfərli kəndində sakinlərlə səyyar qəbul keçirib. Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb, sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı imzalanmış sərəncamlardan söz açıb. Eyni zamanda İmişli rayonunda aparılan yenidənqurma işləri ilə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlər həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb və aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər