Şriftin ölçüsü :

Saytın rəngi :

Çaxırlı kəndində 23.05.2024-cü il tarixdə səyyar görüş baş tutub

23 may 2024 | 18:06
  Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq səyyar görüşlər keçirilir. Görüşlər zamanı müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Mayın 23-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu qəbildən olan növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun Məzrəli, Çaxırlı və Xubyarlı kənd sakinləri ilə keçirib. Çaxırlı kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
  Qəbul zamanı çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq səmimi ürək sözlərini çatdırıb, rayon sakinlərinin rahatlığının təmin olunması ilə bağlı görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. Sakinləri diqqətlə dinləyən icra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
 
 
 
Keçidlər