Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxanlı kəndində 07.10.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

07 oktyabr 2025 | 18:47
   Oktyabrın 7-də təsdiq olunmuş qrafikə əsasən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Qaralar və Cavadxanlı kənd sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda icra başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
   Görüş zamanı Elçin Rzayev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən İmişli rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra icra başçısı kənd sakinlərinin təklif və müraciətlərini dinləyib, onları narahat edən məsələləri məsul şəxslərin iştirakı ilə yerində araşdırıb.
    Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası müəyyən vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Keçidlər