Çahar kəndində icra başçısının növbəti səyyar qəbulu təşkil olunub
Mayın 22-də Çahar kəndində baş tutan səyyar qəbulda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev həmin kəndin sakinləri ilə yanaşı Qaradonlu və Göhərli kənd sakinləri ilə də görüşüb. Görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və təşkilatların rəhbərləri də iştirak ediblər. İcra başçısı sakinləri salamlayaraq səyyar qəbulların məqsədinin vətəndaşların müraciətlərini birbaşa dinləmək və operativ şəkildə həllinə nail olmaq olduğunu vurğulayıb. Görüş zamanı kəndin sosial infrastruktur məsələləri, su təminatı və digər məsələlər müzakirə olunub. Sakinlər tərəfindən irəli sürülən təklif və şikayətlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbul səmimi və qarşılıqlı anlayış şəraitində keçib.