Çahar kəndində 07.05.2024-cü il tarixdə səyyar görüş baş tutub
07 may 2024 | 18:24
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev mayın 7-də təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib. Çahar kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq İmişli rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə onlara ətraflı məlumat verib. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. Sakinləri diqqətlə dinləyən icra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.