Çahar kəndində 01.07.2026-cı il tarixdə səyyar görüş baş tutub
01 iyul 2026 | 20:10
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin növbəti səyyar görüşü iyulun 1-də Qaradonlu kənd inzibati ərazi dairəsinə daxil olan Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
Çıxış edən icra başçısı sakinləri salamlayaraq İmişli rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışıb. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də sakinlərə ətraflı məlumat verib. Qəbul zamanı sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib.






