Şriftin ölçüsü :

Saytın rəngi :

Boşçalılar kəndində 23.04.2026-cı il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

23 aprel 2026 | 18:23
   Aprelin 23-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə aprel ayı üçün təsdiq olunmuş qrafikə uyğun olaraq Boşçalılar kəndində sakinlərlə görüş keçirib. Qəbul zamanı icra başçısı kənd sakinlərini salamlayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən İmişli rayonunda həyata keçirilən geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
   Daha sonra rayon rəhbəri müraciətlərin dinlənilməsi və qanunvericilik çərçivəsində vətəndaşlara dəstəyin göstərilməsi ilə bağlı sözü sakinlərə verib. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, məsul şəxslərin iştirakı ilə bir qisminə müvafiq izahatlar verilib, araşdırma tələb edən digər müraciətlər isə qeydiyyata alınıb. Görüşdə iştirak edən sakinlər çıxışlarında səmimi qəbula və fikir, təkliflərini maneəsiz şəkildə ifadə etmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər