Şriftin ölçüsü :

Saytın rəngi :

Boşçalılar kəndində 19.08.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

19 avqust 2025 | 19:35
   Avqustun 19-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun xidməti təşkilatların rəhbərlərinin iştirakı ilə avqust ayı üçün təsdiq olunmuş qrafikə uyğun olaraq Boşçalılar kəndində sakinlərlə görüş keçirib.
   Giriş nitqi ilə çıxış edən icra başçısı İmişli rayonunda sakinləri narahat edən problemlərin öyrənilməsi və həllinə nail olmaq məqsədilə mütəmadi olaraq səyyar görüşlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, rayonda geniş abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır və bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir, həmçinin görülən bu məqsədyönlü işlər davamlı xarakter daşıyır. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən məsələlər səsləndirilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Keçidlər