Boşçalılar kəndində 11.06.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
İyunun 11-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun hüquq-mühafizə orqanlarının və xidməti təşkilatların rəhbərlərinin iştirakı ilə iyun ayı üçün təsdiq olunmuş qrafikə uyğun olaraq rayonun Boşçalılar kəndində sakinlərlə görüş keçirib. Qəbul zamanı icra başçısı kənd sakinlərini salamlayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən İmişli rayonunda aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. İcra başçısı kəndlərdə yaşayan sakinlərin əməksevər olduqlarını, burada bərəkətli torpaqlardan səmərəli istifadə edilməsi üçün bütün qüvvələrin səfərbər olduqlarını bildirib və qarşıdakı illərdə sosial-iqtisadi inkişaf sahəsində daha sevinc doğuran uğurlar əldə ediləcəyini vurğulayıb. Daha sonra rayon rəhbəri müraciətlərin dinlənilməsi və qanunlar çərçivəsində sakinlərə dəstəyin göstərilməsi ilə bağlı sözü vətəndaşlara verib. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, məsul şəxslərin iştirakı ilə bir qisminə müvafiq izahatlar verilib, araşdırma tələb edən digər müraciətlər qeydiyyata alınıb. Görüşdə iştirak edən sakinlər çıxışlarında səmimi qəbula və maneəsiz fikir, istəklərinin çatdırılmasına tam şərait yaradılmasına görə məmnunluqlarını bildiriblər.