Birinci Qarabağ müharibəsi veteranı Qaçay Əmralıyevin yas mərasimi keçirilib
11 aprel 2026 | 22:20
Bu gün İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə I Qarabağ müharibəsi veteranı, İmişli rayonunun Rəsullu kənd sakini Əmralıyev Qaçay Əvəz oğlunun yas mərasimində iştirak edilib. Mərasim zamanı iştirakçılar qəhrəman döyüşçümüzün vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından dərin hüznlə baş sağlığı verib. Qeyd edilib ki, illər keçsə də, Vətənimizin müdafiəsi naminə şərəflə xidmət etmiş qəhrəmanların əziz xatirəsi daim uca tutulur, onların göstərdiyi igidlik və fədakarlıq heç zaman unudulmayacaqdır. Veteranımızın ailə üzvləri xüsusi qayğıya görə razılıqlarını bildiriblər.
Allah rəhmət eləsin!






