Birinci Qarabağ müharibəsi əlili Gündüz İmanovun yas mərasimi keçirilib
19 iyul 2024 | 18:13
İyulun 19-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev I Qarabağ müharibəsi əlili İmanov Gündüz Baban oğlunun rayonun Çaxırlı kəndində təşkil olunan yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib, onların qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə, veteranlara və onların ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Mərhumun ailə üzvləri onlara göstərilən diqqətə görə öz razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!