Şriftin ölçüsü :

Saytın rəngi :

Bəhrəmtəpə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirilib

28 iyun 2022 | 18:03
     İmişli rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə RİH başçısı Elçin Rzayevin bu gün rayonun Bəhrəmtəpə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
   Qəbuldan öncə RİH başçısı Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Bəhrəmtəpə qəsəbəsində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışıb. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra icra başçısı sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş edib. Sakinləri diqqətlə dinləyən RİH başçısı onların çoxsaylı suallarını və müraciətlərini cavablandıraraq bəzi məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunması ilə bağlı tapşırıqlarını verib.
      Səyyar qəbul-görüşdən razılıq edən sakinlər, xalqımızın sülh və əminamanlıq şəraitində yaşayışının təmin olunmasından məmnun olduqlarını qeyd ediblər və əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər