Şriftin ölçüsü :

Saytın rəngi :

Bəhrəmtəpə qəsəbəsində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

16 fevral 2023 | 19:19
  Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən fevralın 16-da növbəti səyyar görüşünü rayonun Bəhrəmtəpə qəsəbə sakinləri ilə keçirib. Səyyar görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Giriş nitqi ilə çıxış edən icra başçısı rayonun sosial-iqtisadi inkişafından, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən və əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən söz açıblar. Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər