Şriftin ölçüsü :

Saytın rəngi :

Bəhrəmtəpə qəsəbəsində ekoloji aksiya çərçivəsində iməcilik keçirilib

18 sentyabr 2024 | 09:48
  Ötən gün İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ekoloji aksiya çərçivəsində iməcilik təşkil olunub. İməcilik zamanı ərazilər insan sağlamlığı və ətraf mühit üçün zərərli olan müxtəlif məişət tullantılarından və polietilen torbalardan təmizlənib, toplanan məişət tullantıları ərazidən daşınıb, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb.
  Bütün görülən işlərə baxmayaraq əraziyə yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında zibilliklər yaranır. Bu səbəbdən də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.
Keçidlər