Bəhrəmtəpə qəsəbəsində 12.11.2026-cı il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
12 noyabr 2026 | 19:26
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev noyabrın 12-də rayonun idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Bəhrəmtəpə qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib, onların müraciətlərini dinləyib.
Qəbul başlamamışdan öncə icra başçısı sakinləri salamlayaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Qeyd edib ki, rayonda keçirilən istər səyyar, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur və vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. Sakinləri diqqətlə dinləyən icra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.






