Şriftin ölçüsü :

Saytın rəngi :

Bəhrəmtəpə qəsəbəsində 10.06.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

10 iyun 2025 | 18:29
      İyunun 10-da İmişli rayonunun R.Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.
     Qəbul başlamamışdan öncə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkə Prezidentinin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini vurğulayıb, vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində daha dəqiq addımlar atıla biləcəyini qeyd edib. İcra başçısı vətəndaşların sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması üçün ölkədə həyata keçirilən təbirlər, bu istiqamətdə rayonda görülən işlər və infrastruktur layihələri barədə qəsəbə sakinlərinə məlumat verib. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin həll yolları araşdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.
Keçidlər