Şriftin ölçüsü :

Saytın rəngi :

Baku Electronics İmişlidə yeni mağazasını açdı

16 oktyabr 2023 | 16:54
  Ötən həftə Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsi Baku Electronics İmişli şəhərində yerləşən mağazasının açılış mərasimini qeyd edib. Tədbir Baku Electronics rəhbərliyinin və İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin çıxışlarından ibarət rəsmi hissə ilə başlayıb. Daha sonra əyləncəli şou proqram və interaktiv hissə ilə davam edib. Açılış tədbirində tədbirə gələn rayon sakinləri bir-birindən maraqlı elektronik hədiyyələr qazanıblar.
  Xatırladaq ki, mağazanın açılışına özəl olaraq oktyabrın 22-dək 50%-dək endirim, faizsiz, komissiyasız, 18 ayadək hissəli ödəniş imkanı alıcıları gözləyir.
Keçidlər