Şriftin ölçüsü :

Saytın rəngi :

Badam Medical Center-in “Səyyar klinika”sı İmişlidə müayinələrini davam etdirir

22 yanvar 2025 | 11:41
     İmişli Rayon İcra Hakimiyyəti və “Badam” Klinikasının birgə təşəbbüsü ilə “Badam Medical Center”-in “Səyyar klinika”sı tərəfindən İmişlidə ödənişsiz müayinələr aparılır. Yanvar ayının 6-dan 21-dək “Səyyar klinika”da 1740 nəfər rayon sakinində göz müayinələri aparılaraq vətəndaşlara həkim məsləhətləri verilib, müayinə zamanı ehtiyac yaranan 64 nəfərdə isə katarakta əməliyyatı icra olunub. Badam Medical Center-də peşəkar oftalmoloq-cərrahları tərəfindən pasiyentlərdə ən çox rast gəlinən allergik konyuktivit, quru göz sindromu və pteriqium xəstəlikləri ilə əlaqədar müalicələr təyin edilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev “Səyyar klinika”da yanvarın 22-də aparılan müayinələrlə tanış olub, klinikanın həkimlərinə göstərdikləri xeyirxah təşəbbüsə görə öz minnətdarlığını bildirib.
     Qeyd edək ki, “Səyyar klinika” tərəfindən yanvar ayının 31-dək müayinələr davam etdiriləcək və göstərilən bütün müayinələr tam ödənişsiz olaraq həyata keçirilir.
Keçidlər