Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəriqaz" İB-nin Açıq Mikrofon aksiyası İmişlidə təşkil olunub

17 iyun 2022 | 17:12

Bu gün SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sayca 90-cı "Açıq mikrofon" aksiyası İmişli rayonunun Hacıalmuradlı kəndində baş tutub. Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov, Salyan Regional qaz istirmarı İdarəsinin rəisi Azər Musayev və Birliyin digər məsul şəxsləri bu kəndə gələrək sakinlərin qaz təchizatı ilə bağlı problem və təkliflərini yerindəcə dinləyiblər. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından istifadə edərək təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakinləri mavi yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən payız-qış mövsümlərində isə daha vacib olduğunu bildiriblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb.

Keçidlər