Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Milli Mətbuatı - 147 yaşında

22 iyul 2022 | 10:21
     Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür. Bildiyimiz kimi ölkədə ilk mətbu orqan olan “Əkinçi” qəzetinin əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verib. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı onun layiqli varisi prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı cənab İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük olub.
      Azərbaycan milli mətbuatının yaranmasının 147 illik yubileyi münasibətilə bu gün peşə bayramını qeyd edən bütün mətbuat işçilərini İmişli Rayon İcra Hakimiyyəti adından səmimi qəlbdən təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq.
Keçidlər